Cənubi Qafqazdakı sülh dünya üçün nümunə olmalıdır
Bunu R.T.Ərdoğan İstanbulda Parlamentlərarası Birliyin 152-ci Assambleyasında deyib
Ərdoğan: "Cənubi Qafqazda sülh səyləri bütün dünya üçün nümunə olmalıdır".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda sülhün bərqərar olması səylərinin dünyanın digər bölgələri üçün nümunə olmalı olduğunu bildirib. O, bu açıqlamanı İstanbulda Parlamentlərarası Birliyin 152-ci Assambleyasında iştirak etmək üçün gəlmiş müxtəlif ölkələrin parlament sədrləri ilə görüşündə verib.
Türkiyə lideri vurğulayıb ki, Ankara regionda dinc və sabit gələcəyin formalaşmasına yönəlmiş addımları dəstəkləyir.
"Cənubi Qafqazda sabitliyin və rifahın hökm sürdüyü dinc bir gələcək qurmaq səylərini alqışlayırıq və bu prosesin bütün dünya üçün bir model olmasını istəyirik", - deyə Ərdoğan bildirib.
1 dəqiqə