XƏBƏRLƏR / Hərbi

Çexiya ABŞ-dan 24 “F-35” qırıcısı alacaq

Bu barədə CTK xəbər agentliyi məlumat yayıb

Çexiya ABŞ-dan 24 “F-35” qırıcısı alacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çexiya martın sonuna kimi ABŞ-la 24 ədəd “F-35” qırıcısının alınmasına dair müqavilə bağlayacaq.

    Bu barədə CTK xəbər agentliyi məlumat yayıb.

    Qırıcı təyyarələrin alınması ilə bağlı qərar Çexiya hökuməti tərəfindən ötən ilin sentyabrında təsdiqlənib. Məlumata görə, müqavilənin ümumi dəyəri təxminən 6,5 milyard dollar təşkil edəcək. Bu, Çexiya ordusunun tarixində ən böyük maliyyə əməliyyatı olacaq.

    Çexiya Hərbi Hava Qüvvələrində “F-35”lər İsveçdən icarəyə götürülmüş “JAS-39 Gripen” qırıcılarını əvəz etməlidir.