Çexiya XİN Azərbaycan sərhədini pozan vətəndaşına yiyə çıxdı
Keçən həftə Ermənistandan Azərbaycan sərhədini keçməyə cəhd edən Çexiya vətəndaşı saxlanılmışdı
Çex Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Ermənistandan Azərbaycan sərhədini keçməyə cəhd edən vətəndaşının saxlanıldığını təsdiqləyib. Bunu Çexiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariana Vernerova deyib.
Onun sözlərinə görə, saxlanılmaya səbəb sərhədi qanunsuz keçməkdir.
Çexiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, diplomatik nümayəndəlik məhbusun ailəsi ilə əlaqə saxlayır.