XƏBƏRLƏR / Hökumət

Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycana səfərə gəlib

YENİLƏNİB

Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycana səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 20:38

    Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

    Qəbələ Beynəlxalq Hava Limanında Çex Respublikasının Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Çexiyanın Baş naziri Andrey Babişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayılar.


    ***

    17:18

    Bu gün Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycana səfərə gəlir.

    Bu barədə siyasətçi rəsmi "X" sosial şəbəkəsində məlumat yayıb.

    "Azərbaycan. Avropa İttifaqından xaricə ilk rəsmi səfərim yeni başlayır", - o vurğulayıb.

    Qeyd edək ki, səfər regional xarakter daşıyır və Çexiya hökumətinin başçısı Qazaxıstan və Özbəkistanda da səfərdə olacaq.

    Səfər zamanı Nazirlər Kabinetinin başçısını Çexiyanın Baş nazirinin birinci müavini - sənaye və ticarət naziri Karel Havliçek (Karel Havlíček), həmçinin çexiyalı iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.

    Çexiya nümayəndə heyəti Bakı, Astana və Daşkəndə səfər edəcək. Səfər proqramında biznes-forumların, tematik seminarların, B2B və B2G formatlarında netvörkinq tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bu görüşlərin məqsədi yeni işgüzar əlaqələrin qurulmasını və ev sahibliyi edən ölkələrin sahibkarlıq icması ilə əməkdaşlığın genişləndirilməsini dəstəkləməkdir.