XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov ABŞ dövlət katibinin tədbirində

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib

Ceyhun Bayramov ABŞ dövlət katibinin tədbirində
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ dövlət katibi Marko Rubionun ev sahibliyi etdiyi Transatlantik şam yeməyində iştirak edib.

    Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib.

    "Azərbaycanın bu mühüm tədbirdə iştirakı onun əməkdaşlığın inkişaf etdirilməsi, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsində etibarlı tərəfdaş kimi sadiqliyini və tanınmasını əks etdirir", - XİN-in paylaşımında qeyd olunub.