XƏBƏRLƏR / Siyasət

Ceyhun Bayramov Macarıstana getdi

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib

Ceyhun Bayramov Macarıstana getdi
Ceyhun Bayramov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfərə yola düşüb.

    Azərbaycan Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərin keçirilməsi nəzərdə tutulur.

    Nazir Ceyhun Bayramov səfər çərçivəsində Macarıstanın diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransında da çıxış edəcək.