Ceyhun Bayramov Polşa XİN rəhbəri Sikorski ilə görüşub FOTO
Azərbaycan XİN rəhbəri Qdanskda keçirilən Ukraynanın Yenidən Qurulması üzrə Konfransda iştirak edir
Azərbaycan və Polşa xarici işlər nazirləri Ceyhun Bayramov və Radoslav Sikorski Qdanskda keçirilən Ukraynanın Yenidən Qurulması üzrə Konfransın çərçivəsində görüşüblər.

Söhbət zamanı tərəflər Bakı ilə Varşava arasında praktik əməkdaşlığın inkişaf etdirilməsinin gələcək perspektivlərini, eləcə də ikitərəfli sazişlərin hazırlanması üzərində işi müzakirə ediblər.
Xarici işlər nazirləri Kiyevə dəstək verilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Cənubi Qafqazdakı vəziyyət, regional proseslər və Azərbaycanın bu proseslərə verdiyi qiymət də diqqət mərkəzində olub.
1 dəqiqədən az