Ceyhun Bayramov Yan Borqu qəbul edib
ATƏT-in fəaliyyətdə olan sədri Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə edir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borqu qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, tərəflər Azərbaycanla ATƏT arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də aktual regional məsələləri, o cümlədən Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə edəcəklər.