XƏBƏRLƏR / İctimaiyyət

Ceyranbatan kanalında bir nəfər batıb

FHN-in müvafiq qüvvələri əraziyə cəlb edilib

Ceyranbatan kanalında bir nəfər batıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

    FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri əraziyə cəlb edilib.

    Əlavə məlumat veriləcək.