"Çiçəklənən Ermənistan" partiyasının ofisində axtarış gedib
Bu barədə "Sputnik Armenia" ölkənin Antikorrupsiya Komitəsinə istinadən xəbər verir
Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları Vanadzor şəhərində "Çiçəklənən Ermənistan" partiyasının (lider Qagik Tsarukyandır) ofisinə daxil olublar.
Bu barədə "Sputnik Armenia" ölkənin Antikorrupsiya Komitəsinə istinadən xəbər verir.
"Antikorrupsiya Komitəsinin seçkiqabağı rüşvət vermə və alma ilə bağlı işlər üzrə başlatdığı cinayət təqibi çərçivəsində 10 nəfər həbs edilib", - komitədən bildirilib.
Qurumdan qeyd edilib ki, onlardan 4-ü ev dustaqlığına keçirilib.
1 dəqiqədən az