XƏBƏRLƏR / Hava

Çimərliklərdə dəniz suyunun hərarəti 25 dərəcə olacaq

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib

Çimərliklərdə dəniz suyunun hərarəti 25 dərəcə olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Abşeron çimərliklərində iyulun 5-də cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Qeyd olunub ki, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.