XƏBƏRLƏR / Siyasət

Çin ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyatı haqda

Bu barədə ölkənin XİN rəsmiləri bəyanat veriblər

Çin ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyatı haqda
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Çin Xarici İşlər Nazirliyinin sözçüsü bazar ertəsi Pekində bildirib ki, Çin Venesuelanın suverenliyinə və müstəqilliyinə hörmət edir və Venesuela hökumətinin daxili işlərini konstitusiya və qanunlarına uyğun olaraq düzgün idarə edəcəyinə inanır.

    ***

    Çin ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyatını pisləyib. RİA Novosti agentliyinin məlumatına görə, Çinin xarici işlər naziri Vanq Yi respublikada baş verən hadisələrin beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdiyini bildirib.

    Onun sözlərinə görə, heç bir ölkə beynəlxalq polis qüvvəsi kimi çıxış etməməlidir. Vaşinqtonun Karakasa hücumu mövzusuna davam edən diplomat, Çinin "istənilən ölkənin beynəlxalq hakim olduğunu iddia edə biləcəyi" fikrini rədd etdiyini qeyd edib.

    Vanq Yi hazırkı beynəlxalq vəziyyətin getdikcə daha mürəkkəb və qeyri-sabit hala gəldiyini və bütün ölkələrin suverenliyinin və təhlükəsizliyinin beynəlxalq hüquqla tam qorunmalı olduğunu aydınlaşdırıb. "Biz beynəlxalq münasibətlərdə güc tətbiqinə və ya təhdidinə, bir ölkənin iradəsinin digərinə tətbiq edilməsinə qarşı davamlı olaraq çıxış edirik", - deyə xarici işlər naziri vurğulayıb.