XƏBƏRLƏR / Ticarət

Çin ABŞ məhsullarına tarifləri 125%-ə qaldırır

Bu barədə "Xinhua" agentliyi məlumat yayıb

Çin ABŞ məhsullarına tarifləri 125%-ə qaldırır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çin ABŞ-dan idxal olunan məhsullara rüsumları 125%-ə qaldırıb.

    Bu barədə "Xinhua" məlumat yayıb.

    Məlumata əsasən, Çin sabahdan etibarən ABŞ məhsullarına tarifləri 84%-dən 125%-ə qaldıracaq.

    Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Çin məhsullarına tətbiq olunan gömrük rüsumlarını 145 faizə yüksəldib.