Çin Azərbaycana minatəmizləmə üçün 2 rentgen aparatı verib
Bunu Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov brifinqdə deyib
Çin Azərbaycana minatəmizləmə üçün iki rentgen aparatı bağışlayıb.
Bu cihazlar qapalı məkanlarda istifadə olunur. Onların köməyi ilə qapalı evlərə baxış keçiriləcək.
Bunu Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov brifinqdə deyib.
O qeyd edib ki, cihaz qapalı yerlərdə minatəmizləmə əməliyyatı üçün istifadə edilir.
"Xüsusilə evlərin təmizlənməsi zamanı istifadə edilir", - bildirib.
Bundan əvvəl Azərbaycanda belə cihazlar yox idi.
1 dəqiqədən az