Çin Azərbaycanın həcminə görə 4-cü ticarət tərəfdaşıdır
Bunu Çinin Azərbaycandakı səfiri Lu Mey deyib

"Çin Azərbaycanın həcminə görə 4-cü ticarət tərəfdaşıdır".
Bu fikirlərlə brifinqdə Çinin Azərbaycandakı səfiri Lu Mey çıxış edib.
O qeyd edib ki, hər iki ölkənin aktiv əməkdaşlığı daha da genişlənir və zaman keçdikcə bu münasibətlər yüksək xətlə inkişaf edir:
"Azərbaycan tərəfinin iki ölkənin əməkdaşlığına dair açıqladığı statistikaya əsasən, bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin həcmi 1,4 milyard dollar həcmində olub. Bu isə 37 faiz artım deməkdir. Bu mənada Çin ölkənizin 4-cü ticarət tərəfdaşıdır. İxraca görə isə bu mövqe 2-ci yerdə qərarlaşıb. Hazırda tərəflər yüksək səviyyəli əməkdaşlığın daha da dərinləşməsi yollarını müzakirə edir. Bu əsasən yaşıl enerji, rəqəmsal iqtisadiyyat, infrastruktur və digər sahələri özündə ehtiva edir".