Çin İran və İsraili təmkinli olmağa çağırır
Çin beynəlxalq ictimaiyyəti konstruktiv rol oynamağa səsləyir
Çin Xarici İşlər Nazirliyi İranın İsrailə hücumlarına cavab verib və tərəfləri “gərginliyi azaltmaq üçün təmkinli olmağa” çağırıb. “Bu eskalasiya raundu Qəzza zolağında münaqişənin nəticəsidir. Çin beynəlxalq ictimaiyyəti, xüsusilə də nüfuzlu ölkələri regional sülhün və sabitliyin qorunmasında konstruktiv rol oynamağa çağırır”, - XİN-in bəyanatında deyilir.