Çin Tayvana qarşı xüsusi dəniz əməliyyatı elan edib
Bu barədə "Global Times" nəşri məlumat yayıb
"Global Times" nəşrinin məlumatına görə, Çin Tayvana qarşı xüsusi dəniz əməliyyatı elan edib.
Bu, sadəcə Tayvanın şərqindəki suların bağlanmasını nəzərdə tutur. Əməliyyatda bir neçə dəniz agentliyi, naviqasiya xidmətləri və xilasetmə xidmətləri iştirak edir.
Nəşr yazır ki, bu, Yaponiya və Filippin arasında Tayvanın şərqindəki dəniz sərhədləri ilə bağlı birtərəfli danışıqlara cavab olaraq zəruri bir addımdır və Çin bunu öz ərazi maraqlarının ciddi şəkildə pozulması hesab edir.
1 dəqiqədən az