Çində 3000 il əvvəlin yaşayış məntəqəsinin izləri tapılıb
Bu barədə Sinxua xəbər agentliyi məlumat yayıb
Çin arxeoloqları 3 min ildən çox əvvəl mövcud olmuş yaşayış məskəni aşkar ediblər.
Bu barədə Sinxua xəbər agentliyi məlumat yayıb.
Qəsəbənin qalıqları Çinin şimalındakı Hebey əyalətinin Vuan şəhəri yaxınlığında, indiki Çjaoyao kəndinin ərazisində tapılıb. Qəsəbə təxminən 220 min kvadratmetr ərazini əhatə edir.
Arxeoloqlar tədqiqat zamanı yollar, saxsı sobalar, su xətləri, ev xarabalıqları aşkarlayıblar. Həmçinin saxsı qablar, sümükdən oyulmuş alətlər və falçılıq üçün istifadə edilən tısbağa qabığının parçaları tapılıb.
Hebey Əyalətinin Mədəni Əmanətlər və Arxeologiya İnstitutunun Şanq və Çjou Arxeoloji Tədqiqat Departamentinin rəhbəri Vey Şuquanqın fikrincə, qəsəbə qəbilə və ya qədim krallığın mərkəzi ola bilərdi. Arxeoloqun sözlərinə görə, yaşayış məntəqəsinin planı rasional olub və istilik sistemi tədqiqatçılara həmin dövrdə Şimali Çinin iqlimi haqqında təsəvvür əldə etməyə kömək edə bilər.