XƏBƏRLƏR / Təbiət

Çində 4,6 ballıq zəlzələ olub

Qazaxıstan mediası xəbər verir

Çində 4,6 ballıq zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çin ərazisində, Qazaxıstanla sərhəddə 4,6 maqnitudalı zəlzələ baş verib.

    Qazaxıstan KİV-nin verdiyi məlumata görə, yeraltı təkanlar Fövqəladə Hallar Nazirliyinin seysmik stansiyalar şəbəkəsi tərəfindən Astana vaxtı ilə saat 06:30-da (Bakı vaxtı ilə 05:30) qeydə alınıb.

    Qeyd olunub ki, Qazaxıstan ərazisində zəlzələ hiss edilməyib.