XƏBƏRLƏR / Hava

Çində leysan yağışlarla bağlı əhaliyə xəbərdarlıq edildi

Bu barədə Çinin Meteorologiya Mərkəzi xəbər yayıb

Çində leysan yağışlarla bağlı əhaliyə xəbərdarlıq edildi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Çinin bir neçə bölgəsində leysan yağışları ilə əlaqədar “mavi” səviyyədə xəbərdarlıq elan edilib.

    Çinin Meteorologiya Mərkəzi Yünnan, Quycou, Hunan, Ciansi, Anhuy, Cıcian əyalətləri, habelə Quansi Cuan, Tibet və Daxili Monqolustan muxtar rayonlarında gün ərzində şiddətli yağışların müşahidə olunacağı barədə məlumat yayıb. Bəzi yerlərdə yağıntının miqdarının aylıq normanı ötəcəyi, ildırım və fırtına olacağı proqnozlaşdırılıb.

    Meteorologiya Mərkəzi yerli hökumətlərə leysan yağışlarının törədə biləcəyi fəsadlara hazır olmaq barədə tövsiyə verib. Uşaq bağçalarına və məktəblərə şagirdlərin təhlükəsizliyini diqqətdə saxlamaq tapşırılıb. Yollara su dolmaq ehtimalı ilə əlaqədar sürücülərə ehtiyatlı olmaq tövsiyə edilib.

    Qeyd edək ki, Çində anomal hava şəraiti ilə əlaqədar dördpilləli xəbərdarlıq sistemi var. Ən aşağı səviyyə “mavi”, ardınca “sarı” və “narıncı”, ən yüksək isə “qırımızı”dır.