
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nəzarət tədbirləri çərçivəsində “Baytaroğlu” MMC-nin Çindən idxal etdiyi ümumi sayı 50 min flakon “Vitamin B12, 500 MCG TR” əmtəə nişanlı baytarlıq preparatından götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında uyğunsuzluq aşkarlanıb.
Bu barədə agentliyin İnformasiya təminatı və innovatyiv həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, faktla bağlı qəbul olunmuş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.