Çinin cənub-qərbində güclü daşqınlar hökm sürür FOTO
Bu barədə Çinin "Sinxua" agentliyi xəbər verir

Çinin cənub-qərbində Quiçjou əyalətində baş verən güclü daşqınlar səbəbindən 80 mindən çox insan təxliyə edilib, "Sinxua" agentliyi xəbər verir.
Səlahiyyətlilər daşqınların ən çox vurduğu iki bölgədə fövqəladə vəziyyətə reaksiyanın ən yüksək səviyyəsini elan ediblər:

Çin mediasının məlumatına görə, xilasetmə işləri peşəkar fövqəladə hallar xidmətləri və könüllülər tərəfindən aparılır. Su basmış ərazilərdən insanlar qayıqlardan istifadə etməklə təxliyə edilir.
Ərazidə humanitar yardım göstərilir: zərərçəkənlərə içməli su və ani qida məhsulları çatdırılır – təkcə son 24 saat ərzində 30 min butulka su və 10 min porsiya əriştə göndərilib.
Daşqınlara güclü leysan yağışlar səbəb olub və nəticədə bir sıra çaylar məcrasından çıxıb. Küçələri, yeraltı dayanacaqları və ticarət mərkəzlərini su basıb.
Sandu Şuy Muxtar Dairəsində daşqınlar nəticəsində sürətli yolda körpünün bir hissəsi zədələnib. Ölən və yaralananlar barədə məlumat yoxdur.