XƏBƏRLƏR / Təbiət

Çinin şimalında güclü yağışlar 29 nəfərin həyatına son qoyub

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb

Çinin şimalında güclü yağışlar 29 nəfərin həyatına son qoyub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Son günlər Çinin şimalındakı Hebey əyalətinə yağan güclü yağışlar nəticəsində 29 nəfər ölüb.

    Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

    Məlumata görə, 16 nəfər itkin düşüb. Xilasedicilər axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

    Bundan əvvəl əyalətdə doqquz nəfərin öldüyü və altı nəfərin itkin düşdüyü barədə məlumat verilmişdi.