Çinin xarici işlər naziri Azərbaycana gəlir
Bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb
Çin Kommunist Partiyası Mərkəzi Komitəsi siyasi Bürosunun üzvü, xarici işlər naziri Van İ Çin Xalq Respublikasının Sədri Si Cinpinin xüsusi nümayəndəsi qismində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, AQEM-in Zirvə görüşü oktyabrın 15-də keçiriləcək.
1 dəqiqədən az