XƏBƏRLƏR / Təhsil

COP 29 müddətində məktəblərdə tətil olacaq

Bununla bağlı qərarı avqustun 1-də Baş nazir Əli Əsədov imzalayıb

COP 29 müddətində məktəblərdə tətil olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Noyabrda Bakıda  COP29 konfransının keçirilməsilə əlaqədar məktəblərdə 2024-cü il noyabrın 12-dən 22- dək payız tətili elan olunub.

    Peşə, orta ixtisas və ali təhsil pillələri üzrə təhsil müəssisələrdə isə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12- dən 22-dək distant formada təhsilə keçid elan edilib.

    Bununla bağlı qərarı avqustun 1-də Baş nazir Əli Əsədov imzalayıb.

    Bu qərar xüsusi təhsil müəssisələrinə şamil edilmir.