XƏBƏRLƏR / COP29

COP29-da İtaliyanı Baş nazir Corcia Meloni təmsil edəcək

Bunu İtaliya hökumətinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro deyib

COP29-da İtaliyanı Baş nazir Corcia Meloni təmsil edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edəcək İtaliya nümayəndə heyətinə İtaliya hökumətinin başçısı Corcia Meloni rəhbərlik edəcək.

    Bunu İtaliya hökumətinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro Bakıda keçirilən Pre-COP29 tədbiri çərçivəsində deyib.

    "İtaliyanı COP29-da İtaliyanın Baş naziri Giorgia Meloni təmsil edəcək və onun nümayəndə heyətinə ölkənin ətraf mühit naziri Gilberto Pichetto-Fratin də daxil olacaq", - Korvaro bildirib.