COP29-un yekunlarına dair razılığa gələcəyimizə ümid edirəm
Bunu BMT-nin UNFCCC proqramların koordinasiyası üzrə meneceri Niklas Svenningsen deyib
"COP29-da iştirak etmək üçün 77 mindən çox insan qeydiyyatdan keçib. Onların 70%-i aktiv şəkildə COP29-da iştirak ediblər".
Bunu BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyası təşkilatının Katibliyinin (UNFCCC) proqramların koordinasiyası üzrə meneceri Niklas Svenningsen "Gələcəyi qurulması: Azərbaycanda və dünyada COP29-un mirası" mövzusunda keçirilən tədbirdə deyib.
"Hesab edirəm ki, Dubayda keçirilən COP28-dən sonra ikinci ən böyük COP tədbiri Bakıda baş tutdu. Bundan əvvəlki COP təşkilatçılarının tədbirə hazırlaşmaq üçün 2-3 il vaxtları olub. Lakin Azərbaycanın COP tədbirinə hazırlaşmaq üçün 10 ay vaxtı olub. Bu kiçik zaman ərzində ərsəyə gələn tədbir heyrətamizdir. Bunun üçün Azərbaycan hökumətini təbrik edirəm. COP29-da 400-ə yaxın müşahidəçi, 200-ə yaxın təşkilat iştirak edib", - deyə o bildirib.
Niklas Svenningsenin sözlərinə görə, COP29-un yekunlarına dair qərarlar ancaq yekdilliklə qəbul edilə bilər: "Hesab edirəm ki, biz qısa müddət ərzində - sabaha qədər, bəlkə də daha uzun müddətə razılığa gələ biləcəyik. Ancaq ümid edirəm ki, bu günü başa vuracağıq".