COP31-in Prezidenti elan edilib
COP31 konfransı 2026-cı ilin 9–20 noyabr tarixlərində Antalyada, EXPO sərgi məkanında keçiriləcək
Türkiyədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) Prezident təyin olunub.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum UNFCCC COP31-in Prezidenti təyin edilib.
Rəsmi qəzetdə dərc olunan qərara əsasən, COP31 konfransı 2026-cı ilin 9–20 noyabr tarixlərində Antalyada, EXPO sərgi məkanında keçiriləcək.
Qeyd edilib ki, COP31 çərçivəsində iqlim fəaliyyəti üzrə daha qətiyyətli və məqsədyönlü addımların atılması planlaşdırılır. Türkiyə tərəfi beynəlxalq ictimaiyyəti COP31 üçün Antalyada qarşılamağa hazır olduğunu bildirib.
1 dəqiqədən az