XƏBƏRLƏR / Hadisə

Dağıstandakı partlayışda ölənlərin sayı 13 nəfərə çatıb

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb YENİLƏNİB

Dağıstandakı partlayışda ölənlərin sayı 13 nəfərə çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 16:38

    Dağıstanın paytaxtı Maxaçqaladakı yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı ölənlərin sayı on üç nəfərə çatıb.

    Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Hadisə nəticəsində daha 21 nəfər yaralanıb.

    ***

    11:38

    Dağıstanın paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

    Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ölənlərdən ikisi uşaqdır.

    Hadisə nəticəsində daha 21 nəfər yaralanıb.

    28 sentyabr Dağıstanda matəm günü elan edilib.