Daha bir erməni əsgəri müəmmalı şəraitdə öldü YENİLƏNİB
Məlumatı Ermənistan müdafiə nazirliyi yayıb
16:15
Ermənistan İstintaq Komitəsi müqaviləli əsgər Artur Xaçatryanın ölümünün təfərrüatlarını açıqlayıb.
İstintaq Komitəsinin məlumatına görə, Xaçatryan mövqelərdən birində olarkən ona tapşırılmış avtomatdan özünü çənəsinə vurub. Qarnizon hospitalına yerləşdirilən o, saat 02:00 radələrində özünə gəlmədən ölüb.
Xarici müayinə zamanı əsgərin bədənində zorakılıq izləri aşkar edilməyib. Məhkəmə-tibbi ekspertizası təyin edilib.
***
İyulun 3-də saat 00:45 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə məntəqəsində müqaviləli əsgər Sarkis Arturoviç Xaçatryan hələ müəyyən edilməmiş şəraitdə güllə yarası alıb.
Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.