XƏBƏRLƏR / Kriminal

Daşkəsəndə 21 yaşlı gənc qətlə yetirilib

Hadisəni törədən şəxs saxlanılıb

Daşkəsəndə 21 yaşlı gənc qətlə yetirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Daşkəsəndə 21 yaşlı gənc qətlə yetirilib.

    Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü İlkin Məmmədov mübahisə zəminində bıçaqlanıb.

    Ağır xəsarət alan İ.Məmmədov əvvəlcə Daşkəsən Mərkəzi Rayon Xəstəxanasına, sonra isə Gəncə şəhərində yerləşən xəstəxanlardan birinə çatdırılıb. Həkimlərin səylərinə yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində İ.Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən Gəncə şəhər sakini, 20 yaşlı E.İsmayılov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.