David Tonoyan 38 min dollar müqabilində zaminə buraxıldı
Ermənistanın keçmiş müdafiə naziri 4,6 milyon dolların mənimsənilməsində iştirakda ittiham edib
İrəvan məhkəməsi Ermənistanın keçmiş müdafiə naziri (2018-2020) David Tonoyanın 15 milyon dram (38,6 min dollar) girov müqabilində azadlığa buraxılmasına qərar verib. Bu barədə jurnalistlərə onun vəkili Albert Benqlyan məlumat verib.
“Məhkəmə həbs qətimkan tədbirinin dəyişdirilməsi və David Tonoyanın zaminə buraxılması barədə qərar qəbul edib. Girov məbləği 15 milyon dram müəyyən edilib”, - deyə o qeyd edib.
David Tonoyan 2021-ci ilin sentyabrında həbs edilib. Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin Silahlı Qüvvələr üçün döyüş sursatlarının əldə edilməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri ilə bağlı cinayət işi açılıb. İstintaq onları yararsız təyyarə raketlərinin alınmasında və 4,6 milyon dolların mənimsənilməsində iştirakda ittiham edir.