Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib
Cari ilin 9 ayının nəticələri müzakirə olunub
Daxili işlər nazirliyində nazir Vilayət Eyvazov Kollegiya iclası keçirib.
Mwzakirə olunan mövzular:
- 9 ayda alınmış 24 586 cinayətin 89.8 faizi açılıb;
- Bu ilin doqquz ayı ərzində axtarışa elan edilmiş 6703 nəfərdən 84 faizi tutulub, habelə ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən 390 nəfərdən ibarət 158 cinayətkar qrup zərərsizləşdirilib;
- Paytaxtda sıxlığın aradan qaldırılması ilə bağlı tapşırıq verilib;
- COP29 tədbiri ilə bağlı hazırlıq işlərinin gedişi və digər istiqamətlərdə görülmüş işlərdən, qarşıya qoyulmuş tapşırıqların icra və səviyyəsindən, əldə edilən nəticələrdən danışılıb;
- Ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlərin sayı bütövlükdə 2192 fakt azalıb;
- Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı hadisələrin sayı 173 fakt, qəzalarda həlak olanların sayı 107 nəfər, xəsarət alanların sayı 120 nəfər azalıb.