XƏBƏRLƏR / İdman

DÇ-26: İspaniya Portuqaliyanı məğlub edərək, 1/4-ə çıxıb

İspaniya 1/4 finalda Belçika - ABŞ cütünün qalibi ilə qarşılaşacaq

DÇ-26: İspaniya Portuqaliyanı məğlub edərək, 1/4-ə çıxıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.

    Pley-offun növbəti qarşılaşmasında Portuqaliya və İspaniya milliləri üz-üzə gəliblər.

    Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

    Matçın ilk hissəsində hesab açılmayıb.

    Gərgin keçən ikinci hissədə qol 90+1-ci dəqiqədə vurulub. Mikel Merino İspaniyanı önə keçirən qola imza atıb.

    Portuqalların hesabı bərabərləşdirmə cəhdi bir nəticə verməyib və matç "qırmızı furya"nın 1:0 hesablı qələbəsiylə başa çatıb.

    İspaniya adını 1/4 final mərhələsinə yazdırıb, Portuqaliya üçün isə mundial başa çatıb.

    Qeyd edək ki, İspaniya 1/4 finalda Belçika - ABŞ cütünün qalibi ilə qarşılaşacaq.

    DÇ-2026
    1/8 final
    6 iyul

    23:00. Portuqaliya – İspaniya 0:1

    Qol: M. Merino, 90+1

    Portuqaliya: Kosta, Kanselu, Dias, Veyqa, Mendes, Neves, Vitinya, Neto, Bruno Fernandeş, Joao Feliks, Ronaldo

    İspaniya: Unay Simon, Kukurelya, Laport, Kubarsi, Porro, Rodri, Pedri, Baena, Olmo, Lamin Yamal, Oyarzabal.