XƏBƏRLƏR / Hava

Dənizdə dalğanın hündürlüyü 3.7 m-dir

Faktiki hava

Dənizdə dalğanın hündürlüyü 3.7 m-dir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Gədəbəy, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Xaltan, Yardımlı, Lerik, Lənkəran və Astarada arabir şimşək çaxır, yağış yağır.

    Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 26, Neftçalada 20, Şirvanda 19, Beyləqanda 18, Culfa 17, Şahdağda 16 m/s-yə çatır.

    Dənizdə dalğanın hündürlüyü 3.7 m-dir.