DİN İrana xidmət edən daha bir şəbəkəni ifşa etdi
Bu barədə ANS Press-ə Daxili İşlər Nazirliyindən məlumat verilib
Azərbaycanda din pərdəsi altında fəaliyyət göstərən bir qrup şəxs həbs edilib.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həmin şəxslərə qarşı xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı 20-ə yaxın şəxsin saxlanıldığı bildirilir.
Belə ki, həmin şəxslər dini xurafatçılıqla və İran lehinə dini təbliğat aparmaqla narkotik vasitələrin kütləvi satışını da təşkil edirmişlər. Din pərdəsi altında cinayətkar fəaliyyət göstərmiş şəbəkənin əsas məqsədi Azərbaycanın dünyəvi dəyərlərinə zərbə vurmaq, “kərimə” gənclərini narkotik vasitələrə qurşandırmaqla idarə etmək olub.
Sözügedən qrupun başqa üzvlərinin olduğu da ehtimal edilir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumatı təkzib etməyib.