XƏBƏRLƏR / İctimaiyyət

DİN: Yollarda hər hansı məhdudlaşma yoxdur

Amma sürücülər hava şəraitini nəzərə almalıdırlar

DİN: Yollarda hər hansı məhdudlaşma yoxdur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yolların qardan təmizlənməsi işi fasiləsiz davam etdirilir. Təhlükəli hesab edilən yol sahələrində polis əməkdaşları tərəfindən xidmət gücləndirilib. Bir daha sürücülərdən hava şəraitini nəzərə alaraq, ehtiyatlı olmaları və təhlükəsiz sürmə prinsiplərinə riayət etmələri xahiş olunur.

    Respublika əhəmiyyətli magistral yolların vəziyyəti:

    Hazırda
    Bakı-Quba-Rusiya sərhədi yolunda (40-cı km-dən başlayaraq)

    Bakı-Şamaxı-Yevlax yolunda (30-ci km-dən başlayaraq)

    Gəndob-Yalama yolunda ( 41-ci km-dən başlayaraq)

    Bakı-Qazax-Gürcüstan sərhədi yolunda (251-ci km -dən başlayaraq)

    Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi yolunda

    Qaraməryəm-İsmayıllı-Şəki yolunda (93-cü km-dən başlayaraq)

    Ağsu aşırımında fasilələrlə qar yağışı müşahidə olunur.