XƏBƏRLƏR / Hava

Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın rayonlarında mayın 3-ü gündüzdən 4-ü gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.