XƏBƏRLƏR / Hava

Dolu düşəcək, çaylardan sel keçəcək

Milli Hidrometeorologiya Xidmətinin məlumatı

Dolu düşəcək, çaylardan sel keçəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Oktyabrın 20-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.