XƏBƏRLƏR / Hadisə

Dönərxanada partlayış: yaralılar var

FHN xəbər verir

Dönərxanada partlayış: yaralılar var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağcabədi şəhərində ümumi sahəsi 24 m² olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

    Bu barədə FHN-dən bildirilib.

    Yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.