Dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlanıb
Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib

Cari ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 19,099 milyard manat proqnoza qarşı 19,804 milyard manat və yaxud 704,8 milyon manat (3,7 faiz), 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 5,1 faiz və ya 961,1 milyon manat çox icra edilib. Bu cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 51,6 faizinə bərabər olub.
Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri 17,096 milyon manat məbləğində icra edilməklə illik dövlət büdcəsi xərclərinin 41,3 faizinə bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1043,5 milyon manat və ya 6,5 faiz çoxdur.