XƏBƏRLƏR / Neft və Qaz

Dövlət Neft Fondunun aktivləri artıb

Bu barədə ARDNF-in ilk yarımili üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir

Dövlət Neft Fondunun aktivləri artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cari ilin iyun ayına Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 66 milyard 516 milyon dolllar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz çoxdur.

    ARDNF-in ilk yarımili üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında xəbər verilir ki, fondun aktivləri ilin əvvəli ilə müqayisədə 10,8 faiz artıb.

    Bu ilin yanvar-iyun ayları ərzində ARDNF-in büdcə gəlirləri 4,56 faiz azalaraq 8 milyard 833 milyon manat, büdcə xərcləri isə 13,5 faiz artaraq 7 milyard 278,6 milyon manat təşkil edib.