XƏBƏRLƏR / Kriminal

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

DSX xəbər verir

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

    Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, iyul ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 (iki) nəfər Əfqanıstan İslam Respublikası vətəndaşı – 1999-cu il təvəllüdlü Qasimi Reza Həbibulla və 2002-ci il təvəllüdlü Həsəni Məhəmmədrza Məhəmmədnaim dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.

    Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.