Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Cinayət işi hakim Elnur Nuriyevin icraatına verilib

Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elnur Nuriyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası fevralın 21-nə təyin edilib.
Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqust ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.