XƏBƏRLƏR / İctimaiyyət

Dubaydan gələn sərnişində 548 karat brilyant aşkarlanıb

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb FOTO

Dubaydan gələn sərnişində 548 karat brilyant aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükünə stasionar rentgen qurğusunda baxış keçirilib. Gömrük nəzarəti zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, gömrük yoxlaması zamanı vətəndaşa məxsus çantanın astarının altından ümumilikdə 547.7 karat brilyant qaşlar aşkar olunub.

     Faktla bağlı araşdırma aparılır.