XƏBƏRLƏR / Nəqliyyat

Dubaydan Moskvaya uçan təyyarə Bakıya təcili eniş etdi

Bu barədə “Flightradar24” portalı məlumat yayıb

Dubaydan Moskvaya uçan təyyarə Bakıya təcili eniş etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dubay-Moskva reysi ilə uçan təyyarə Bakıya təcili eniş edib.

    Bu barədə “Flightradar24” portalı məlumat yayıb.

    Təyyarənin hansı səbəbdən Bakıya eniş etdiyi barədə məlumat verilməyib.

    Qeyd edək ki, bu gün “Flydubai” aviaşirkəti yanvarın 2 və 3-dək Dubaydan Mineralnıye Vodı və Soçiyə reysləri təxirə salıb.

    Portalın məlumatına görə, bu axşam THY-nin İstanbul-Moskva reysi ilə uçan təyyarəsi də geri dönərək Türkiyəyə qayıdıb.