XƏBƏRLƏR / Ticarət

Dünya bazarlarında qızılın qiyməti III rüb ərzində 40% artıb

Bu barədə Ümumdünya Qızıl Şurasının hesabatında deyilir

Dünya bazarlarında qızılın qiyməti III rüb ərzində 40% artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu ilin üçüncü rübündə dünya bazarlarında qızılın orta qiyməti illik müqayisədə 40% artaraq bir troya unsiya üçün 3 456,54 ABŞ dolları təşkil edib.

    Bu barədə Ümumdünya Qızıl Şurasının (World Gold Council, WGC) hesabatında deyilir.

    “London Qiymətli Metallar Bazarı Assosiasiyasına (LBMA) üzrə qızıl qiyməti qeyd olunan rübdə 13 dəfə yeni tarixi maksimum səviyyəyə çatıb”, - hesabatda qeyd olunub.

    Bununla belə, bu ilin ikinci rübü ilə müqayisədə üçüncü rübdə qızılın orta qiyməti 5% artıb.