BLOQ

Dünya futbolunun məşhur ata və oğulları

“Fourfourtwo” nəşrinin araşdırması

Dünya futbolunun məşhur ata və oğulları
Alfi-İnge Holann (yarımmüdafiəçi) – Erlinq Holann (hücumçu)
  • Oxuma müddəti:

    2 dəqiqə

  • “Fourfourtwo” nəşri futbol dünyasının ən məşhur ata-oğullarının adlarını açıqlayıb.

    32 nəfərlik siyahıda kifayət qədər tanınmış oyunçular yer alıb. Onların arasında İtaliya, İspaniya, İngiltərə, Fransa, Argentina, Braziliya və Niderland kimi ölkələrin tarixinə düşmüş veteran futbolçular və oğulları da var.

    Peşəkar səviyyədə futbol oynamış ata və oğullar:

    Paola Maldini (müdafiəçi) - Daniel Maldini (hücumameyilli yarımmüdafiəçi)

    Yohan Kroyf (hücumçu) - Cordi Kroyf (yarımmüdafiəçi)

    Pablo Forlan (müdafiəçi) - Dieqo Forlan (hücumçu)

    Corc Vea (hücumçu) - Timoti Vea (hücumameyilli yarımmüdafiəçi)

    Dieqo Simeone (yarımmüdafiəçi) - Covanni Simeone (hücumçu)

    Mazinyo (yarımmüdafiəçi) - Rafinya Alkantara (yarımmüdafiəçi)

    Danni Blind (müdafiəçi) - Deyli Blind (müdafiəçi)

    Alfi-İnge Holann (yarımmüdafiəçi) – Erlinq Holann (hücumçu)

    Peter Şmeyxel (qapıçı) – Kasper Şmeyxel (qapıçı)

    Markus Türam (hücumçu) – Xefren Türam (yarımmüdafiəçi)

    Enriko Kyeza (hücumçu) – Federiko Kyeza (hücumçu)

    Arnor Qudyonsen (hücumçu) - Eydur Qudyonsen (hücumçu)

    George Haci (yarımmüdafiəçi) - Yanis Haci (yarımmüdafiəçi)

    Patrik Klüvert (hücumçu) - Castin Klüvert (hücumçu)

    Yan Rayt (hücumçu) - Bredli Edvard Rayt (hücumçu)

    Karles Buskets (qapıçı) - Serxio Buskets (yarımmüdafiəçi)

    Karlos Makallister (müdafiəçi) – Aleksis Makallister (yarımmüdafiəçi)

    Abedi Pele (hücumameyilli yarımmüdafiəçi) - İbrahim Ayyu (müdafiəçi)

    Klaudio Reyna (müdafiəçi) - Covanni Reyna (yarımmüdafiəçi)

    Periko Alonso (müdafiəçi) - Xabi Alonso (yarımmüdafiəçi)

    Henrik Larsson (hücumçu) - Cordan Larsson (hücumçu)

    Frenk Lempard (müdafiəçi) - Frenk Lempard (yarımmüdafiəçi)

    Zinəddin Zidan (yarımmüdafiəçi) – Luka Zidan (qapıçı)

    Brayan Klaf (hücumçu) - Naycel Klaf (yarımmüdafiəçi)

    Stiven Brüs (müdafiəçi) – Aleks Brüs (müdafiəçi)

    Xorxe Hiquain (müdafiəçi) – Qonsalo Hiquain (hücumçu)

    Pol İns (müdafiəçi) – Tom İns (yarımmüdafiəçi)

    Rivaldo (yarımmüdafiəçi) – Rivaldinyo (hücumçu)

    Yurgen Klinsman (hücumçu) - Conatan Li Klinsman (qapıçı)

    Devid Bekhem (yarımmüdafiəçi) – Romeo Bekhem (hücumçu)

    Endi Koul (hücumçu) – Devante Koul (hücumçu)

    Dieqo Maradona (yarımmüdafiəçi) - Dieqo Maradona (hücumçu)