XƏBƏRLƏR / Neft və Qaz

Dünyada neftə olan gündəlik tələbat 400 min barel artacaq

Bunu OPEC-in baş katibi Heysəm əl-Qeys bəyan edib

Dünyada neftə olan gündəlik tələbat 400 min barel artacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • OPEC 2026-cı ildə qlobal neft tələbatının gündəlik 400 min barel artacağını gözləyir ki, bu da təşkilatın ilin əvvəlindəki proqnozundan aşağıdır.

    “TASS” xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heysəm əl-Qeys Dünya Neft Konqresi (WPC Energy) çərçivəsində bildirib.

    “Baş verən hadisələrlə əlaqədar OPEC bu il üçün neft tələbatına dair proqnozunu ilin əvvəlindəki göstərici ilə müqayisədə aşağı salıb. Bu il neftə olan gündəlik tələbatın 400 min barel artacağını gözləyirik. Halbuki ilin əvvəlində proqnozumuz 1,4 milyon barel artım idi”, - deyə o bildirib.

    Baş katib qeyd edib ki, tələbat artımının bir hissəsi 2027-ci ilə keçəcək. Təşkilat gələn il qlobal gündəlik neft tələbatının 1,7 milyon barel artacağını proqnozlaşdırır.