BLOQ

Dünyanın “ən qədim xalq“ı

Ermənilər dünyanın ən barbar məxluqları olduğunu da bir daha əyani şəkildə nümayiş etdirdilər

Dünyanın “ən qədim xalq“ı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İrəvanda keçirilən ağır atletika üzrə çempionatın açılış mərasimində görünür, əvvəlcədən hazırlanmış ssenari üzrə Azərbaycan bayrağının yandırılması aktı həyata keçirilib. Dünyanın “ən qədim xalq“ı həm də dünyanın ən barbar məxluqları olduğunu bir daha əyani şəkildə nümayiş etdirib.
    İstənilən milli atributikanın təhqir edilməsinə qarşıyam. Yalnız haqq işi uğrunda vuruşan qalib əsgər bu baxımdan beynəlxalq praktikada qəbul olunmuş müstəsna hüquqa malikdir. O, məğlub etdiyi şər qüvvənin bayrağını flaqştokdan endirə, ayaqlar altına ata, yandıra bilər. Oğru pişik kimi haradansa atılıb bayrağımızı təhqir etmək istəyən “qədimilər” gərək birdəfəlik yadda saxlasınlar ki, bundan sonra əsgərimizin erməni barbarlığına cavabı həmişə və hər yerdə belə olacaq!